11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bakıda evlərin qiyməti artıb

Bakıda evlərin qiyməti artıb
Bakıda evlərin qiyməti artıb


Bakının daşınmaz əmlak bazarında 2016-cı ilin iyul ayında qiymətlər iyun ayı ilə müqayisədə 0,08 faiz artıb.

May.Az xəbər verir ki, bu barədə trend-ə "MBA Group" şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, uzun müddətdən sonra bu ay qiymətlərdə cüzi artım hiss olunub:

"Ümumilikdə ilin əvvəli ilə müqayisədə qiymətlər 25,58 faiz, 2015-ci ilin iyul ayı ilə müqayisədə isə 29,1 faiz azalıb”.

Ekspertin sözlərinə görə, daşınmaz əmlak bazarında qiymətlərin artmasına ümumilikdə kommersiya obyektləri, eləcə də mənzil və obyektlərin kirayə bazarındakı qiymət artımı təsir edib.

N.İbrahimov qeyd edib ki, kommersiya obyektləri bazarında iyul ayında qiymətlər 3,61 faiz artıb:

"Bu göstərici ilin əvvəli ilə müqayisədə 16,8 az, 2015-ci ilin iyul ayı ilə müqayisədə isə 20,16 faiz azdır. Mənzillərin kirayə bazarında bu ay qiymətlər 1,2, obyektlərin kirayəsi bazarında isə 7,82 faiz artıb. Bu göstəricilər ötən ilin iyul ayı ilə müqayisədə müvafiq olaraq 29,2 və 26,44 faiz azalıb”.

Ekspert bildirib ki, ilkin və təkrar mənzil bazarında, eləcə də torpaq bazarında müvafiq olaraq 1,71 faiz, 2,21 faiz və 0,41 faiz azalma müşahidə olunub.
N.İbrahimov həmçinin vurğulayıb ki, yay aylarında həmişə əmlak bazarında qiymətlərdə azalma müşahidə olunur:

"Düşünürəm avqustda biz bu bazarda yenidən qiymətlərdə azalma müşahidə edəcəyik. Lakin payız aylarından başlayaraq qiymətlərdə nisbi artım gözlənilir”.
Sosial
Azərbaycanda pensiya kapitalından istifadə ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya kapitalından...

Sosial
DİM sədrindən valideynlərə çağırış: "Çox səhv yanaşmadır"

DİM sədrindən valideynlərə çağırış:...

Sosial
“WhatsApp” istifadəçiləri qəzəblənəcək - REKLAMLAR BAŞLAYIR

“WhatsApp” istifadəçiləri...

Sosial
Britaniya: Ölkəyə kütləvi hücum olacaq

Britaniya: Ölkəyə kütləvi hücum...

Sosial
Naxçıvanda əhalinin sayı artıb

Naxçıvanda əhalinin sayı artıb...

Sosial
"Qarabağ"ın futbolçusundan xüsusi ÇAĞIRIŞ

"Qarabağ"ın futbolçusundan xüsusi...

Комментарии (0)