09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

ŞOK: Atasını öldürən oğlan vəhhabi imiş - "İmamından əmr alıb"

ŞOK: Atasını öldürən oğlan vəhhabi imiş - "İmamından əmr alıb"
ŞOK: Atasını öldürən oğlan vəhhabi imiş - "İmamından əmr alıb"


Yardımlı rayonunda oğulun atasını öldürməsi məsələsiylə bağlı dəhşətli faktlar ortaya çıxıb.

Kənd sakinlərindən AzNews.az-a verilən məlumata görə, atasıyla həmişə mehriban münasibətdə olan oğulun birdən-birə düşmənə çevrilməsi, nəticədə də onu öldürməsi dini inancları arasındakı ziddiyyətlə bağlı olub. Belə ki, Quba Dövlət İqtisad Kollecinin Yol hərəkətinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi olan Qaçay Nadir oğlu Şahverənov vəhhabilərə qoşulubmuş. O, Qubada təhsil alsa da, tez-tez Bakının vəhhabilərin daha çox məskunlaşdığı "Razin" qəsəbəsinə gedirmiş, orada təşkil olunan məclislərə qatılırmış. Kənd sakinləri deyir ki, qatı şiə olan ailədə Qaçayın dini baxışları ciddi problemə səbəb olub. Onun saqqal saxlaması, şalvarlarının ətəyini qısa kəsdirməsi isə bu problemi bir qədər də dərinləşdirib.

Məzuniyyətə kəndə gələn tələbə ilə atasının bir neçə dəfə ciddi mübahisələrinin olduğu da bildirilir. Hətta iş o yerə çatıb ki, atası onu saqqalını qırxmadığı təqdirdə öldürəcəyi ilə hədələyib. Bundan sonra - hadisə baş verməzdən bir neçə gün əvvəl Qaçay evlərindən çıxıb yaxın qohumlarıgildə qalmağa başlayıb.

Məlumatlı şəxslər deyib ki, onun atasını öldürməsi qərarına gəlməsi şəxsi fikri olmayıb: "Öz imamı ilə danışıb, atasının ona dediklərini, vəhhabiliyə qarşı çox radikal davrandığını bildirib. Bundan sonra o əmr edib ki, atasını öldürsün".

İddia olunur ki, belə bir əmri alandan sonra Qaçay hazırlıqlara başlayıb, tüfəng əldə edib və onu həyətlərindəki tövlədə gizlədib. Həmin gün qətlə yetirilən Nadir Şahverənov evdə olmayıb, səhər tezdən rayon mərkəzinə gedib. Buna görə də oğul atasını axşama kimi gözləməli olub. Axşam üstü, təxminən 17 rədələrində evinə qayıdan Nadir həyətə daxil olanda arxadan, kürəyindən oğlu tərəfindən vurulub. Oğul hadisəni törədəndən sonra özü polisə zəng edərək təslim olub.

Polisdən AzNews.az-a verilən məlumata görə, o öz izahatında atasını öldürdüyünə görə heç bir peşmanlıq keçirmədiyini bildirib.

Məlumat üçün bildirək ki, ötən gün Yardımlı rayonunun Alar kənd sakini 1999-cu il təvəllüdlü Qaçaq Şahverənov atası Nadir Şahverənovu ov tüfəngi ilə vuraraq öldürüb. Yaralı aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Sosial
Sosial şəbəkələr ailə dəyərlərinə mənfi təsir edir - AÇIQLAMA

Sosial şəbəkələr ailə dəyərlərinə...

Sosial
Minimum əməkhaqqının bir ildə iki dəfə artırılması rifahın yaxşılaşdırılmasına xidmət edir - RƏY

Minimum əməkhaqqının bir ildə iki...

Sosial
Yanvarın 1-dən pensiyalar bu qədər artacaq - AÇIQLAMA

Yanvarın 1-dən pensiyalar bu qədər...

Sosial
Əlillər metropolitendən necə istifadə etsinlər? - AÇIQLAMA

Əlillər metropolitendən necə...

Sosial
Hesablama Palatası Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlayıb

Hesablama Palatası Gənclər və İdman...

Sosial
Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq

Orfoqrafiya lüğətindən 10 min söz...

Комментарии (0)