DataLife Engine / "Sweet.cakes.baku" müştərilərə qarşı hörmətsizlik edir

"Sweet.cakes.baku" müştərilərə qarşı hörmətsizlik edir

"Instagram"da tort sifarişi qəbul edən "sweet.cakes.baku" səhifəsi müştərilərə qarşı hörmətsizlik edir. Səhifəni idarə edən şəxs müştərinin suallarını cavablandırmaqdan boyun qaçıraraq sadəcə ödəniş tələb edir.


Bu barədə Sonxeber.az-a şikayət daxil olub.


Şikayətçi bildirir ki, o, hər sual verdikcə idarəçi suala yarımçıq cavab verərək ödənişi tezləşdirməsini istəyib.O, tortun üzərinə qoyulacaq aksesuar, tortun rəngi,ölçüsü,çəkisi barədə məlumat almaq istəyib. Lakin müştəri hər sual verdikcə "sweet.cakes.baku" yarımçıq cavab verərək ona ödəniş etməsi üçün kart məlumatlarını göndərib. Müştəri isə ətraflı məlumat alanda ödəniş edəcəyini bildirib. Həmçinin "sweet.cakes.baku" zənglərə də cavab verməyib. Daha sonra "sweet.cakes.baku" ən böyük çəkili tortun 1.8-2 kq olacağını qeyd edib. Müştəri isə "2 kq olsun zəhmət olmasa" deyəndə "gedin başqa yerə müraciət edin.Sizin suallarınıza görə, 50 manat beh verəcəksiz deyə biz kafeni bağlaya bilmərik" ,- deyə cavab verərək müştərini blok edib.


Qarşı tərəfin mövqeyini bilmək üçün "sweet.cakes.baku" ilə əlaqə saxladıq. Bildirildi ki, rəhbər Səriyyə Kazımlı hazırda səhhəti ilə əlaqədar müştərilərlə maraqlana bilmir və bu işi qohumuna tapşırıb. Müştərini blok edən həmin şəxs isə peşman olmadığını bildirib.

1-11-2023, 09:24
Вернуться назад