09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

"Sədərək" niyə yandı? - SƏBƏB

"Sədərək" niyə yandı? - SƏBƏB
"Sədərək" niyə yandı? - SƏBƏB


"Sədərək" ticarət mərkəzində baş vermiş yanğın hadisəsinin səbəbi məlum olub.

May.Az bildirir kİ, ticarət mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğın hadisəsi mərkəzin 9-cu sırasındakı mağazalardan birində elektrik çaydanında baş vermiş qısaqapanma nəticəsində baş verib: "9-cu sırada ayaqqabı dükanında elektrik çaydanı içərisində su olmadığı halda elektrik cərəyanına qoşulub. Satıcı çaydana fikir verməyib və çaydan qızaraq qısaqapanma yaradıb, mağazada alışma baş verib. Mağazada olan sintetika malları alışandan sonra alovun qarşısını almaq mümkün olmayıb və yanğın güclənib".

Məlumata görə, hadisə nəticəsində 4 dükan yanıb.

Qeyd olunub ki, ticarət mərkəzinin rəhbərliyi yanğın baş verən ərazinin təmizlənməsi və təmirinə başlayıb: "Hazırda təmir işləri davam etdirilir. Yanğından ziyan çəkən sahibkarlarla ticarət mərkəzinin rəhbərliyi görüşüb və onlara dəymiş ziyanın ödənilməsinə söz verib. Ya mağazaları təmir etdirib dəymiş ziyanı ödəyəcəyik, ya da razılıq əsasında dəymiş ziyanın miqdarında mağazaların kirayəsinə görə güzəştlər olunacaq. Ümumilikdə 3 sahibkara 8 min manat ziyan dəydiyi müəyyənləşib".

Xatırladaq ki, sentyabrın 24-də Bakı şəhəri, Qaradağ rayonunda "Sədərək" ticarət mərkəzində ümumi sahəsi 1200 m²olan 1 korpusun dam örtüyü 45 m², ümumi sahəsi 40 m² olan 4 ədəd geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Cəmiyyət
Bakının hansı küçələrində sıxlıq var? - 13.08.2024

Bakının hansı küçələrində sıxlıq...

Cəmiyyət
"Expargo" karqo şirkəti təhvil vermədiyi malın pulunu öz cibinə qoyur? - ŞİKAYƏT

"Expargo" karqo şirkəti təhvil...

Cəmiyyət
Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb

Azərbaycanda torpaqlardan istifadə...

Cəmiyyət
Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin NƏZƏRİNƏ

Şəxsiyyət vəsiqəsini dəyişdirmək...

Cəmiyyət
Siqaret çəkənlər üçün yeni XƏBƏR: Bu siqaretlər ucuzlaşdı

Siqaret çəkənlər üçün yeni XƏBƏR:...

Cəmiyyət
Bakıda avtomobilin vurduğu piyada ölüb

Bakıda avtomobilin vurduğu piyada...

Комментарии (0)