09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Çoxuşaqlı analara ŞAD XƏBƏR

Çoxuşaqlı analara ŞAD XƏBƏR
Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlarla yanaşı, 5 və daha çox uşağı övladlığa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara, habelə 5 və daha çox uşağı səkkiz yaşınadək tərbiyə etmiş qəyyum qadınlara da güzəştli şərtlərlə erkən pensiya hüququ veriləcək.
Bu, "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Eyni zamanda 5 və daha çox uşağı doğub, onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara uşaq sayından asılı olmayaraq 5 il güzəştli şərtlərlə erkən pensiya hüququnun verilməsi təklif edilir.
Başqa sözlə, hazırda qüvvədə olan qanunun 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Dəyişikliyə əsasən, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Cəmiyyət
Azərbaycanda qadınların pensiya yaşı DƏYİŞDİ

Azərbaycanda qadınların pensiya...

Cəmiyyət
Ana məhkum övladı üçün həbsxanaya narkotik keçirmək istədi

Ana məhkum övladı üçün həbsxanaya...

Cəmiyyət
Əfəndiyevlə tələbələri azadlığa çıxdılar

Əfəndiyevlə tələbələri azadlığa...

Cəmiyyət
Boşadığı arvadını qaçırdı - Bakıda

Boşadığı arvadını qaçırdı - Bakıda...

Cəmiyyət
Арестованы лица, напустившие питбуля на полицейских

Арестованы лица, напустившие...

Cəmiyyət
Türkiyəni COP29-da məşhur aktyor təmsil edəcək

Türkiyəni COP29-da məşhur aktyor...

Комментарии (0)