09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Prezident: Qanunsuz tikililərə şərait yaradanlar ciddi cəzalandırılacaqlar

Prezident: Qanunsuz tikililərə şərait yaradanlar ciddi cəzalandırılacaqlar
Prezident: Qanunsuz tikililərə şərait yaradanlar ciddi cəzalandırılacaqlar



Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır. Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar.

May.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident qeyd edib ki, bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar:

“Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır.

Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk".
Cəmiyyət
Bakının hansı küçələrində sıxlıq var? - 13.08.2024

Bakının hansı küçələrində sıxlıq...

Cəmiyyət
"Expargo" karqo şirkəti təhvil vermədiyi malın pulunu öz cibinə qoyur? - ŞİKAYƏT

"Expargo" karqo şirkəti təhvil...

Cəmiyyət
Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb

Azərbaycanda torpaqlardan istifadə...

Cəmiyyət
Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin NƏZƏRİNƏ

Şəxsiyyət vəsiqəsini dəyişdirmək...

Cəmiyyət
Siqaret çəkənlər üçün yeni XƏBƏR: Bu siqaretlər ucuzlaşdı

Siqaret çəkənlər üçün yeni XƏBƏR:...

Cəmiyyət
Bakıda avtomobilin vurduğu piyada ölüb

Bakıda avtomobilin vurduğu piyada...

Комментарии (0)