09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Pensiya alanların NƏZƏRİNƏ: Bu məbləğ geri ödəniləcək

Pensiya alanların NƏZƏRİNƏ: Bu məbləğ geri ödəniləcək
"Bu gün Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin növbəti iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər layihəsi müzakirə olundu. Dəyişikliklər artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur".
BiG.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Millət vəkili açıqlayıb ki, qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur:
"Mövcud qanunvericiliyə əsasən, bu zaman müddət müəyyənləşdirilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi. Amma yeni dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq. Yəni, əgər pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa yeni dəyişikliklərə əsasən həmin ödəniş geri istənilməyəcək. Dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur. Bu isə pensiyaçıların sosial təminatı baxımdan vacib addım hesab edilməlidir. Eyni zamanda, geri ödəniləcək hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Bu məhdudlaşdırmada da məqsəd pensiyaçının sosial vəziyyətini pisləşdirməmək məqsədi daşıyır.
Bütövlükdə, əmək pensiyaları üzrə artıq ödənilən vəsaitlərin böyük hissəsi 2020-ci ildən əvvəlki dövrü əhatə etdiyi üçün yeni dəyişikliklər böyük məbləğdə vəsaitin bağışlanmasına və amnistiya edilməsinə imkan verəcək. Yeni dəyişikliklərin gələn aydan qüvvəyə minəcəyi gözlənilir".
Cəmiyyət
Azərbaycanda qadınların pensiya yaşı DƏYİŞDİ

Azərbaycanda qadınların pensiya...

Cəmiyyət
Ana məhkum övladı üçün həbsxanaya narkotik keçirmək istədi

Ana məhkum övladı üçün həbsxanaya...

Cəmiyyət
Əfəndiyevlə tələbələri azadlığa çıxdılar

Əfəndiyevlə tələbələri azadlığa...

Cəmiyyət
Boşadığı arvadını qaçırdı - Bakıda

Boşadığı arvadını qaçırdı - Bakıda...

Cəmiyyət
Арестованы лица, напустившие питбуля на полицейских

Арестованы лица, напустившие...

Cəmiyyət
Türkiyəni COP29-da məşhur aktyor təmsil edəcək

Türkiyəni COP29-da məşhur aktyor...

Комментарии (0)