09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Sağlamlığını gözəlliyinin qurbanı edənlər: Düzgün olunmayan dolğunun dəhşətli fəsadları nələrdir?

Sağlamlığını gözəlliyinin qurbanı edənlər: Düzgün olunmayan dolğunun dəhşətli fəsadları nələrdir?

Xarici görünüşlərini müxtəlif gözəllik standartlarına uyğunlaşdırmaq üçün kosmetoloqa müraciət edənlərin sayı gündən günə artır.

Əvvəllər bu prosedurlardan əsasən orta yaşlı xanımlar istifadə etsələr də, hazırda süni vasitələrlə arzuolunan görünüşə sahib olmaq istəyənlər arasında gənc qızlar da kifayət qədərdir.

Bu cür vasitələrdən biri də, süni və təbii növləri olan dolğudur.

Fərqlərinə gəlincə isə kosmetoloq Natəvan Yusifova deyir ki, süni dolğular heç bir halda bədəndən sovurulmur və bir neçə il sonra düyünlər yarada bilir ki, bunu da yalnız cərrahi yolla aradan qaldırmaq mümkündür. Təbii dolğularda isə bu kimi problemlər olmur.

Dolğuların saxlanılma şəraiti də önəmlidir. Onlar 25 dərəcədən yuxarı temperaturda saxlanılmamalıdır. Həmçinin dolğu vurdurarkən məhsulun keyfiyyətinə diqqət yetirmək lazımdır. Məhsulun orjinallığını təsdiqləyən sertifikat tələb etmək də mütləqdir.

Kosmetoloqlar bu proseduru yalnız yaşı 18-dən yuxarı olanlara tövsiyə edirlər, eyni zamanda ilk dəfə yüksək dozadan istifadə etmək məsləhət görülmür.

Həkimlər isə bildiriblər ki, prosedur düzgün həyata keçirilmədikdə müəyyən fəsadlara yol açır.

Terapevt Nahid Məhərrəmov bildirib ki, dəfələrlə edilən dolğulardan sonra allergik hallarla rastlaşıb. Həmçinin infeksional xəstəliklər, dolğu olunan nahiyələrdə əzələdə problem, çürümə və temperatur yüksəkliyinə gətirib çıxara bilər.

Dolğunu vuran həkim kosmetoloqun bu sahədə ixtisaslaşmış olması mütləqdir. Çünki istifadə edilən ləvazimatlar zərərsiz olsa da, qeyri-peşəkar yanaşma müxtəlif problemlər yarada bilər.

Daha ətraflı AzTV-nin süjetində:


Cəmiyyət
Azərbaycanda qadınların pensiya yaşı DƏYİŞDİ

Azərbaycanda qadınların pensiya...

Cəmiyyət
Ana məhkum övladı üçün həbsxanaya narkotik keçirmək istədi

Ana məhkum övladı üçün həbsxanaya...

Cəmiyyət
Əfəndiyevlə tələbələri azadlığa çıxdılar

Əfəndiyevlə tələbələri azadlığa...

Cəmiyyət
Boşadığı arvadını qaçırdı - Bakıda

Boşadığı arvadını qaçırdı - Bakıda...

Cəmiyyət
Арестованы лица, напустившие питбуля на полицейских

Арестованы лица, напустившие...

Cəmiyyət
Türkiyəni COP29-da məşhur aktyor təmsil edəcək

Türkiyəni COP29-da məşhur aktyor...

Комментарии (0)