11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bakıda 74 yaşlı kişi sevgilisini süpürgə ilə DÖYDÜ

Bakıda 74 yaşlı kişi sevgilisini süpürgə ilə DÖYDÜ

Bakının Xəzər rayonunda 1950-ci il təvəllüdlü Elman sevgi münasibətində olduğu Xuramana (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə Elmana məxsus evdə baş verib.

O, yaşadığı evdə olan zaman tanışı Xuraman ilə dalaşıb və mübahisə zamanı onun baş nahiyəsinə süpürgənin taxta qulpu ilə zərbə endirib.

Hadisəni törədən Elmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, zərərçəkmiş Xuraman onun tanışıdır:

"Mən mütəmadi olaraq Xuramanın işlətdiyi kafeyə getmişəm. Hadisə günü Xuraman və onun qızı Ramilə evimə qonaq kimi gəldilər.

Yemək yedikdən sonra bir qədər spirtli içki qəbul etdik. Sonradan Xuraman ilə aramızda sözlə mübahisə yarandı. Bu zaman plastik süpürgənin qulpu ilə Xuramanın başından vurdum".

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Elmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.


Cəmiyyət
Fermada yaşayan qız tanışına qoşulub qaçdı

Fermada yaşayan qız tanışına...

Cəmiyyət
Pensiyalar bu tarixdə tam ödəniləcək

Pensiyalar bu tarixdə tam ödəniləcək...

Cəmiyyət
Arvadını qumarda uduzdu

Arvadını qumarda uduzdu...

Cəmiyyət
Azərbaycanlı aktrisa vəfat etdi

Azərbaycanlı aktrisa vəfat etdi...

Cəmiyyət
İdmançı ərini öldürən qadın cəzadan azad edildi

İdmançı ərini öldürən qadın cəzadan...

Cəmiyyət
Bakıda yalnız bir istiqamətdə sıxlıq var

Bakıda yalnız bir istiqamətdə...

Комментарии (0)