09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

"Avtobusda gediş haqqını bank kartları ilə ödəmək mümkün olacaq" - Elməddin Muradlı

"Avtobusda gediş haqqını bank kartları ilə ödəmək mümkün olacaq" - Elməddin Muradlı

Bir çox ölkələrdə,məsələn, qonşu Gürcüstanda avtobusda gediş haqqını bank kartı ilə ödəmək mümkündür. Bəs Azərbaycanda sərnişinlər üçün ödəniş üsulunu asanlaşdırmaq üçün bunu tətbiq etmək mümkündürmü?

Nəqliyyat eksperti Elməddin Muradlı BiG.AZ-a bildirib ki,Azərbaycanda da artıq buna hazırlıq işləri gedir və yaxın vaxtlarda avtobuslarda gediş haqqını bank kartları ilə ödəmək mümkün olacaq:

"Bununla bağlı 2-3 gün öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə müzakirəmiz olub. Bildirilir ki, son tamamlanma işləri görülür. Çox möhtəşəm bir layihə hazırlanır və bu layihənin icrası vətəndaşlarımıza imkan verəcək ki, bank kartları ilə ictimai nəqliyyatda gediş haqqı ödəyə bilsinlər. Bunun baş tutması vətəndaşlar üçün çox səmərəli və faydalı olacaq. Hesab edirəm ki, gələcəkdə digər variantları da gözdən keçirtmək olar. Məsələn, tələbə kartları və şəxsiyyət vəsiqəsinin fin kodundan istifade etmək olar. Sürücülük vəsiqəsinin özündən belə gələcəkdə bank kartı kimi istifadəsi, müəyyən əməliyyatlar həyata keçirmək mümkündür. Bununla bağlı Baş Dövlət Yol Polis İdarəsi də açıqlama vermişdi. Azərbaycanda ictimai nəqliyyatda ödəniş üsullarının çeşidliliyi təmin oluna bilər. Birinci mərhələdə bank kartları ilə ödəniş olacaq. Yəqin ki, payız aylarına qədər şad xəbər gözlənilir".

Şəbnəm Lətifi

Cəmiyyət
“12-ci imam”ı 12 il həbs gözləyir

“12-ci imam”ı 12 il həbs gözləyir...

Cəmiyyət
8 aylıq hamilə qadını öldürənə bu cəza verildi

8 aylıq hamilə qadını öldürənə bu...

Cəmiyyət
Şəhid Rəşad Atakişiyevin xanımına vəzifə verildi

Şəhid Rəşad Atakişiyevin xanımına...

Cəmiyyət
Bakıda yaşlı qadını zorladılar

Bakıda yaşlı qadını zorladılar...

Cəmiyyət
Ötən il mina partlayışları nəticəsində 4 nəfər həlak olub

Ötən il mina partlayışları...

Cəmiyyət
Boşadığı arvadını qaçırdı - Bakıda

Boşadığı arvadını qaçırdı - Bakıda...

Комментарии (0)