11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycanda 17 yaşlı gənc doğuşa girdi: Körpəsi öldü

Azərbaycanda 17 yaşlı gənc doğuşa girdi: Körpəsi öldü

İyulun 15-də Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova 40 həftəlik dölün (USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub.

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım üçün təcili tibbi yardım ilə saat 15:45-də Lənkəran Regional Perinetal Mərkəzə göndərilib:

"Pasiyent qeyd olunan xəstəxanada yatmaqdan imtina edib, iyulun 16-da saat 04:00-da 40 həftəlik (USM-ə görə 36) baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Saat 05:30-da cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü uşaq doğulub".

12:20

Masallıda körpə ölümü qeydə alınıb.

APA nın məlumata görə, Masallı rayonunun Böyük Təklə kənd sakini 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova doğuş üçün Masallı Rayon Mərkəzi Xəstəxanasının ginekologiya və doğum şöbəsinə müraciət edib.

Ananın müayinəsi aparılıb və Lənkəran Regional Perinatal Mərkəzə göndərilib. Lənkəranda bildiriblər ki, doğuş təbii yolla olmalıdır və Lənkəranda qalmağı məsləhət görülüb.

Özünü yaxşı hiss etdiyini deyən ana yenidən Masallıya qaytarılıb. Bu səhər ağrıları olan S. Qubadova doğuşa götürülüb. Doğuş zamanı çəkisi 2,8 kq olan ölmüş qız uşağı dünyaya gəlib.

Yaxınları bildirirlər ki, uşağın ölümünə səbəb həkim səhlənkarlığıdır.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.


Cəmiyyət
Bakıda uşaq bağçasında RƏZALƏT: Müdir və tərbiyəçi işdən çıxarıldılar

Bakıda uşaq bağçasında RƏZALƏT:...

Cəmiyyət
Qarabağda torpaq bölgüsü necə aparılacaq?

Qarabağda torpaq bölgüsü necə...

Cəmiyyət
Üzünün bir hissəsi və bədəni yanan Fərhadın köməyinizə ehtiyacı var

Üzünün bir hissəsi və bədəni yanan...

Cəmiyyət
Media xidmətləri göstərən onlayn platforma fəaliyyətə başlayıb - Azərbaycanda İLK

Media xidmətləri göstərən onlayn...

Cəmiyyət
Azərbaycanda turizmlə bağlı yeni mərkəz yaradıldı

Azərbaycanda turizmlə bağlı yeni...

Cəmiyyət
"AzParking"dən ŞİKAYƏT: Problemi bilirlər, amma həll etmirlər

"AzParking"dən ŞİKAYƏT: Problemi...

Комментарии (0)