11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Çimərliyə getməzdən əvvəl mütləq bilməli olduğunuz 6 qadağa

Çimərliyə getməzdən əvvəl mütləq bilməli olduğunuz 6 qadağa

Yay fəslinin ən sevimli məşğuliyyətlərindən biri də, şübhəsiz ki, çimərliyə getməkdir. Lakin çimərlik əyləncəsi bəzən sağlamlığımız üçün təhlükə yarada bilər.

Oxu.Az-ın aif.ru-ya istinadla məlumatına görə, tanınmış rusiyalı həkim Viktor Şein çimərliyə gedərkən qəti şəkildə edilməməli olan altı şeyi açıqlayıb.

İlk olaraq o bildirib ki, duzlu suyu mütəmadi şəkildə udmaq olmaz, çünki sudakı mikroorqanizmlərin xəstəlik yaratma ehtimalı böyükdür.

"Həmçinin fasiləsiz suya baş vurmaq və tullanmaq olmaz. Bu, qulaq və burun-boğaz iltihablarına gətirib çıxara bilər", - deyə həkim əlavə edib.

Çimərliyə getməzdən əvvəl mütləq bilməli olduğunuz 6 qadağa

Mütəxəssis su quşlarının çox olduğu yerlərdə çimməməyə də çağırıb:

"Suda onların parazitlərinin sürfələri ola bilər ki, bunların dəridən keçməsi mümkündür. "Çimmək qadağandır" yazılmış lövhələr də diqqətə alınmalıdır. Bu qaydanı pozmaq həyatınız üçün təhlükəli ola bilər".

Həkim yeməkdən dərhal sonra çimməməyi tövsiyə edib. Onun sözlərinə görə, bu zaman spazm və qusmaq refleksi baş verə bilər.

Mütəxəssis qumda basdırılmağı da məsləhət görməyib.

"Qoturluq, dəri iltihabı, göbələk xəstəliklərinə yoluxa bilərsiniz. Tropik ölkələrdə isə dəri altına keçən parazitlər ola bilər", - deyə Şein sözlərini yekunlaşdırıb.


Cəmiyyət
KTM: "Son iki ayda 36 nəfəri ilan sancıb"

KTM: "Son iki ayda 36 nəfəri ilan...

Cəmiyyət
Bazardakı meyvələrin qiyməti od tutub yanır

Bazardakı meyvələrin qiyməti od...

Cəmiyyət
Siqaretlər niyə dəyərindən üç dəfə BAHA SATILIR?

Siqaretlər niyə dəyərindən üç dəfə...

Cəmiyyət
Ən böyük Super Ay nə vaxt görünəcək?

Ən böyük Super Ay nə vaxt görünəcək?...

Cəmiyyət
MİQ ilə bağlı 10 mindən çox vakant yer ayrılıb

MİQ ilə bağlı 10 mindən çox vakant...

Cəmiyyət
Sosial şəbəkələri boykot edə bilərikmi?

Sosial şəbəkələri boykot edə...

Комментарии (0)