11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Vidadi Bərdəlinin oğlu azadlığa buraxıldı

Vidadi Bərdəlinin oğlu azadlığa buraxıldı

Mərhum müğənni Vidadi Bərdəlinin 12 il müddətə həbsə məhkum edilmiş oğlu Tuncay Vəliyev azadlığa buraxılıb.

Axşam.az xəbər verir ki, bu barədə V.Bərdəlinin həyat yoldaşı Naida Heydərova məlumat yayıb.

Belə ki, məhkəmənin qərarı ilə Tuncay Vəliyev barəsindəki qətimkan tədbiri dəyişdirilib.

"Allahım sənə çox şükür, oğlumu mənə qovuşdurdun. Rəbbim səni qorusun, ürəyim, Tuncayım" deyə, N.Heydərova paylaşımında yazıb.

Qeyd edək ki, T.Vəliyev tanışı F.Ocaqquliyev ilə birgə 2018-ci ildə taksi sürücüsü Rəşad Hüseynovu Nəsimi rayonu ərazisində qətlə yetirməkdə ittiham edilib. Lakin məhkəmə T.Vəliyevə ittiham olunduğu qəsdən adam öldürmə maddəsi üzrə bəraət verib. O, yalnız narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu ildə çıxardığı hökmlə F.Ocaqquliyev 19 il, T.Vəliyev isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Tuncay Vəliyev bir müddət müğənni kimi fəaliyyət göstərib.

Onu da qeyd edək ki, Vidadi Bərdəlinin digər nikahından olan oğlu Tural Allahverdiyev də hazırda həbsdədir. O, Bərdədə tanışını borca görə qətlə yetirməkdə təqsirli bilinib və 13 il 6 ay həbsə məhkum edilib.

Xatırladaq ki, V. Bərdəli 2012-ci il noyabrın 30-da 53 yaşında vəfat edib.


Cəmiyyət
Fermada yaşayan qız tanışına qoşulub qaçdı

Fermada yaşayan qız tanışına...

Cəmiyyət
Pensiyalar bu tarixdə tam ödəniləcək

Pensiyalar bu tarixdə tam ödəniləcək...

Cəmiyyət
Arvadını qumarda uduzdu

Arvadını qumarda uduzdu...

Cəmiyyət
Azərbaycanlı aktrisa vəfat etdi

Azərbaycanlı aktrisa vəfat etdi...

Cəmiyyət
İdmançı ərini öldürən qadın cəzadan azad edildi

İdmançı ərini öldürən qadın cəzadan...

Cəmiyyət
Bakıda yalnız bir istiqamətdə sıxlıq var

Bakıda yalnız bir istiqamətdə...

Комментарии (0)