11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

BDYPİ-dən heyvan sahibləri və sürücülərə XƏBƏRDARLIQ

BDYPİ-dən heyvan sahibləri və sürücülərə XƏBƏRDARLIQ

"Bir neçə gün əvvəl sosial mediada nəzarətsiz qalan atın yolun hərəkət hissəsinə çıxması nəticəsində baş verən qəza ilə bağlı videogörüntülər yayımlandı. Xoşbəxtlikdən, həmin qəza maddi zərərlə ötüşsə də, təəssüf ki, cari ilin yeddi ayı ərzində sahibsiz heyvanların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində dörd nəfər həyatını itirib, iki nəfər isə xəsarət alıb".

Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

"Xatırladırıq ki, qanunvericilikdə mal-qaranın yolda nəzarətsiz qoyulmasına, asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, mal-qaranı və at arabasını sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə məsuliyyət nəzərdə tutulub və belə qəzalar zamanı mal-qara sahiblərinin məsuliyyətdən kənarda qalmaması üçün kəsərli tədbirlər görülür.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində sahibsiz ev və ya vəhşi heyvanın vurulması hallarının aktual olduğunu nəzərə alaraq, sürücüləri də hərəkət zamanı diqqətli və baş verə biləcək qəfil hadisələrə qarşı hazırlıqlı olmağa çağırır", - məlumatda deyilir.


Cəmiyyət
Hava limanında 62 kiloqram yükə görə 986 manat istədilər - RƏSMİ AÇIQLAMA

Hava limanında 62 kiloqram yükə...

Cəmiyyət
Bakıda qrip əleyhinə vaksinasiya aparılan ÜNVANLAR

Bakıda qrip əleyhinə vaksinasiya...

Cəmiyyət
Sahibsiz poçt bağlamalarının taleyi necə olur?

Sahibsiz poçt bağlamalarının taleyi...

Cəmiyyət
Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb? - RƏSMİ

Azərbaycanda meymunçiçəyinə yoluxma...

Cəmiyyət
"Bakı Metropoliteni" "28 May" stansiyasında baş verənlərə aydınlıq gətirib

"Bakı Metropoliteni" "28 May"...

Cəmiyyət
18 yaşı olmayanlar nikaha girə bilməyəcək

18 yaşı olmayanlar nikaha girə...

Комментарии (0)