11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Xaricdə qazanılan mükafata görə niyə gömrük rüsumu tələb olunub?

Xaricdə qazanılan mükafata görə niyə gömrük rüsumu tələb olunub?

"Azərbaycan Texniki Universitetinin tələbəsi "Apple" şirkətinin hər il keçirdiyi "Swift Student Challenge" kodlaşdırma yarışının builki qaliblərindən biri olub. Lakin tələbə məşhur şirkətin ona göndərdiyi mükafata görə gömrükdə rüsum ödəmək məcburiyyətində qalıb.

Uzun-uzadı gözləmələrdən və araşdırmadan sonra mükafatın gömrük rüsumuna cəlb ediləcəyi bildirilib və gömrükçülər 177 manat gömrük rüsumu və 18 manat saxlama xərci alıb mükafatı qalibə veriblər".

Belə bir məsələ sosial şəbəkədə müzakirə mövzusu olub.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq.

Komitənin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məhsul (qulaqlıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilib.

"Sosial şəbəkələrdə Azərbaycan Respublikası vətəndaşının xaricdə keçirilən müsabiqədə qazandığı sertifikatın və mükafatın gömrük odənişlərinə cəlb olunmasını qınayan məlumatlar yayımlanıb.

Faktla bağlı Dövlət Gömrük Komitəsi olaraq ictimaiyyətin diqqətinə çatdırırıq ki, vətəndaş beynəlxalq poçtdaşıma şirkəti vasitəsi ilə ona göndərilən "Apple" markalı qulaqlığın invoys dəyərini gömrük bəyannaməsində 50 ABŞ dolları olaraq qeyd edib və gömrük orqanı tərəfindən dəyərin dəqiqləşdirilməsi aparılıb. Araşdırma nəticəsində məhsulun (qulaqlıq) dəyərinin rəsmi internet mağazasında 549 ABŞ dolları olduğu müəyyən edilib.

Daha sonra vətəndaşın müraciəti əsasında "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 2.1.4-cü yarımbəndinə müvafiq olaraq məhsul (qulaqlıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilib və buraxılışı təmin edilib.

Sertifikat isə ümumiyyətlə rəsmiləşdirmə predmeti olmayıb", - deyə məlumatda qeyd olunub.

Əzizə İsmayılova

Cəmiyyət
Hava limanında 62 kiloqram yükə görə 986 manat istədilər - RƏSMİ AÇIQLAMA

Hava limanında 62 kiloqram yükə...

Cəmiyyət
Bakıda qrip əleyhinə vaksinasiya aparılan ÜNVANLAR

Bakıda qrip əleyhinə vaksinasiya...

Cəmiyyət
Sahibsiz poçt bağlamalarının taleyi necə olur?

Sahibsiz poçt bağlamalarının taleyi...

Cəmiyyət
Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb? - RƏSMİ

Azərbaycanda meymunçiçəyinə yoluxma...

Cəmiyyət
"Bakı Metropoliteni" "28 May" stansiyasında baş verənlərə aydınlıq gətirib

"Bakı Metropoliteni" "28 May"...

Cəmiyyət
18 yaşı olmayanlar nikaha girə bilməyəcək

18 yaşı olmayanlar nikaha girə...

Комментарии (0)