11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

"5 saniyə geciksəydim..." - Körpəni xilas edən maşinist

"5 saniyə geciksəydim..." - Körpəni xilas edən maşinist

Xəbər verdiyimiz kimi, "Azərbaycan Dəmir Yollarının" QSC-nin maşinisti dəmir yoluna çıxan körpənin həyatını son anda xilas edib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Gəncə-Böyük Kəsik yolunda Saloğlu stansiyasının yaxınlığında baş verib.

Belə ki, təhlükəsizlik üçün yolların diaqnostikasını aparan qatarın maşinisti körpə uşağın relslər üzərində hərəkət etdiyini görüb.

Qatar dayandırıldıqdan sonra uşaq dəmir yolundan uzaqlaşdırılaraq yaxınlıqda olan anasına təhvil verilib.

Valideynlə dəmir yolunda uşaqları nəzarətsiz buraxmaması barədə söhbət aparılıb.

Hadisənin qəhrəmanı isə qatarın maşinisti Sahil Əhmədlidir: "5 saniyə geciksəydim, bədbəxt hadisə baş verəcəkdi. Çox şükür ki, qatar vaxtında dayandı. Yadda saxlamaq lazımdır ki, qatarın qarşısına qəfil çıxarkən tormozlama edilsə də, qatar 1 kilometrə qədər hərəkət edə bilər. Buna görə də vətəndaşlardan, xüsusilə valideynlərdən xahiş edirik ki, dəmir yolu ətrafında ehtiyatlı olsunlar, uşaqları nəzarətsiz buraxmasınlar".

Qeyd edək ki, bu ilin 8 ayı ərzində ADY-yə məxsus dəmir yollarında piyadaların qəfil qatar qarşısına çıxması nəticəsində 9 insanvurma hadisəsi baş verib. Nəticədə 5 nəfər vəfat edib, 4 nəfər xəsarət alıb.


Cəmiyyət
Yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücünün kimliyi müəyyən edildi - RƏSMİ

Yükdaşıma qaydalarını kobud şəkildə...

Cəmiyyət
Ölkədə təhlükəli virus yayılıb? - İnsanlarda öskürək, zəiflik...

Ölkədə təhlükəli virus yayılıb? -...

Cəmiyyət
Dövlət Agentliyindən vətəndaşlara ÇAĞIRIŞ

Dövlət Agentliyindən vətəndaşlara...

Cəmiyyət
"TikTok"dan gəlir götürənlərin NƏZƏRİNƏ: Vergiyə cəlb edilə bilərlər

"TikTok"dan gəlir götürənlərin...

Cəmiyyət
Duzlu yemək şəkər yaradırmış - Mütəxəssisdən XƏBƏRDARLIQ

Duzlu yemək şəkər yaradırmış -...

Cəmiyyət
Yasamalda 87 yaşlı qadına qarşı soyğunçuluq edilib

Yasamalda 87 yaşlı qadına qarşı...

Комментарии (0)