09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Rusiyada yalançı imam 13 yaşlı qızla evləndi

Rusiyada yalançı imam 13 yaşlı qızla evləndi
Rusiyada yalançı imam 13 yaşlı qızla evləndi


Tatarıstanın Laşmanka kəndinin sakini, keçmiş imam Rəsul Salihov 13 yaşlı qızla nikah qıyıb. Qızın valideynlərinə isə bildirib ki, arvadı 16 yaşına çatmayanadək onunla cinsi əlaqədə olmayacaq.

MAY.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, zorlama faktına görə imamı dörd illik azadlıqdan məhrum etmə cəzası gözləyir.

Onların rəsmi toyu olmayıb, çünki respublikanın Ailə Məcəlləsi 14 yaşında olan qızla ailə qurmağa yalnız o, hamilə olarsa icazə verir. 2017-ci ildə imamlıq lisenziyası bitən Salihov 2018-ci ildə qanunları pozaraq özü öz nikahını qıyıb. Tatarıstanın Ruhani İdarəsi də həddi-büluğa çatmayan qızla nikaha görə kişini pisləyib.

Nikahdan sonra qız valideynləri ilə yaşayıb və əri ilə hərdən-bir görüşüb. Cütlük münasibətlərini camaat arasında bildirməsə də, qız məktəbli yoldaşlarına öz intim həyatı barədə danışıb. Rəfiqələrindən birinin anası əhvalatı eşidən kimi polisə müraciət edib.

Salihova Rusiya CM-nin 134-cü (16 yaşa çatmayan şəxslə cinsi əlaqə) maddəsi ilə ittiham irəli sürüblər və o, hazırda istintaq təcridxanasındadır. Qızın anasını isə valideyn öhdəliklərini yerinə yetirmədiyinə görə (CM-nin 156-cı maddəsi) ev dustağı ediblər. Ata isə hansısa möcüzə sayəsində məsuliyyətdən yaxa qurtara bilib.
Cəmiyyət
Bakının hansı küçələrində sıxlıq var? - 13.08.2024

Bakının hansı küçələrində sıxlıq...

Cəmiyyət
"Expargo" karqo şirkəti təhvil vermədiyi malın pulunu öz cibinə qoyur? - ŞİKAYƏT

"Expargo" karqo şirkəti təhvil...

Cəmiyyət
Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb

Azərbaycanda torpaqlardan istifadə...

Cəmiyyət
Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin NƏZƏRİNƏ

Şəxsiyyət vəsiqəsini dəyişdirmək...

Cəmiyyət
Siqaret çəkənlər üçün yeni XƏBƏR: Bu siqaretlər ucuzlaşdı

Siqaret çəkənlər üçün yeni XƏBƏR:...

Cəmiyyət
Bakıda avtomobilin vurduğu piyada ölüb

Bakıda avtomobilin vurduğu piyada...

Комментарии (0)