09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Xəstəxanalarda yoluxa biləcəyiniz ağır infeksiya və xəstəliklər – Klinikalarda ehtiyatlı olun

Xəstəxanalarda yoluxa biləcəyiniz ağır infeksiya və xəstəliklər – Klinikalarda ehtiyatlı olun
Xəstəxanalarda yoluxa biləcəyiniz ağır infeksiya və xəstəliklər – Klinikalarda ehtiyatlı olun



Xəstəxanadaxili infeksiyalar, bakteriyalar həkimlərin çox qorxduğu bir problemdir. Baxmayaraq ki, klinika, xəstəxana dedikdə ağlımıza sterillik, təmizlik, təhlükəsizlik gəlir və biz ora sağalmaq üçün qaçırıq. Əslində elə xəstəxana, əməliyyatxana infeksiyaların daha ağır formasının məskəni ola bilər. Burada adi insanlar, xəstələr və tibb personalı bağırsaq çöpündən tutmuş pnevmoniya, hepatitə kimi yoluxa bilər.

BiG.AZ medicina.az-a istinadən xəstəxana daxilində hansı infeksiyalara yoluxa biləciyinizi xəbər verir.

Xəstəxana parazitləri çox davamlı, dözümlü olur, spirt, antiseptik, dərman və antibiotiklərə alışmış olur.

Mütəxəssislər də birağızdan deyir ki, xəstəxana daxili infeksiyalar çöldə, evdə, başqa yerdə, insandan insana keçən bütün infeksiyalardan daha dəhşətlidir.
Səbəb olaraq o göstərilir ki, bu göbələklər, parazitlər artıq illərdir eyni qapalı məkanda qalır, dövr edir, dezinfeksiya məhlulları, sterilizasiya, spirt və s. alışıb, standart müalicələrə reaksiya vermirlər.

Xəstəxanaya hər cür infeksiyalı insan gəlir. Ağır bağırsaq infeksiyalı xəstə gəlir, ətrafdakı sağlam insanlar bunu bilmir, həkim özü də müayinə otağında diaqnoz qoyur və artıq gecdir.

Xəstəxanaya infeksiya və bakteriyaları elə tibbi personalın özü də gətirə bilər. Beləliklə, hər gün poliklinika, xəstəxana, palatalar müxtəlif patogen mikroorqanizmlərlə dolur, pasiyentlər arasında var gəl edir, tibbi heyətdə birindən digərinə keçir.

Ən çox yayılanlar:

Qızılı stafilakokk bakteriyası - infeksion şöbələrdə, reanimasion palatalarda, doğum evlərində çox olur. Hətta bir çox dövlətlərdə bu infeksiya aşkarlananda həmin müəssisə bir müddət bağlanır.

Stafilakok dərini zədələyir, yara, irin, abses, furunkul əmələ gətirir. Eləcə də daxili orqanlara keçib, pnevmoniya, meningit, endokarditə səbəb olur.
Bu bakteriya antibiotiklərə dözümlüdür, soyuq, istiyə davamlıdır,antiseptik məhlullarla sterilizasiyadan yayınır. Hava damcı, toz, ağız suyu, yaradan açıq dəri yarasına düşmə yolu ilə yayılır. Steril olmayan yerdən, alətlərdən əllərə, orda qidaya, eləcə də iynə vurma zamanı, əməliyyatlar zamanı keçə bilər.

QİÇS infeksiya nadir də olsa xəstəxanalarda ola bilir. Xüsusən QİÇSli xəstə heç kimi məlumatlandırmadan o xəstəxanada tibbi yardım alır, müayinələrə gəlir, əməliyyat olur, yarası işlənirsə. Qan köçürmə, qan alma zamanı tibbi personalın səhlkənkarlığı ucbatından özlərinə və sağlam xəstələrə keçə bilir.

Bağırsaq infeksiyaları, zəhərlənmə - stasionarın daxilində çox rast gəlinir. İstər uşaq, istər böyüklər üçün olan infeksion şöbələrdə yayılır. Rotaroviruslar çox güclüdür, bir saniyəyə yoluxur. Bağırsaq infeksiyası olan bir insanın toxunduğu, uzandığı əşyaya toxunmaq, sonra o əllərlə ağıza, gözə toxunmaq, yemək kifayətdir ki, yoluxasız.

Herpes - xəstəxanadan tutula biləcəyiniz virusdur. Hava damcı yolu ilə keçir, orqanizmə düşdüsə ömürlük orda qalır, heç bir müalicə ilə keçmir, ara sıra özünü biruzə verdirir.

Personalın alətləri və əlləri vasitəsilə yayılan infeksiyalardan biri də irin çöpləridir.
İnsana açıq yaralar, dəri, hava damcı, qida, selikli qişa, gözlər vasitəsilə keçir, sistit, otiti, stomatit pnevmoniya kimi ağırlaşmalar verir.
Müalicəyə tabe olmayan ən təhlükəli infeksiya hesab olunur.

Uşaq xəstəxanalarında qızılca, məxmərək, svinka da geniş yayılıb. Qapalı şəraitdə hava damcı yolu ilə keçir. Hətta xəstə uşağının yanında qalmağa məcbur olan valideynlər də yoluxur.

Bəs nə etməli? Klinikalarda necə qorunmalı?

İlk növbədə sterillik, təhlükəsizlik xəstəxananın və tibbi heyətin peşəkarlığı, diqqəti, vicdanına qalır. Çünki onlar da hər gün təhlükədədir.

Bəs adi insanlar nə etsin? Xəstəxanaya gedib gələndən sonra bütün geyimlərinizi, ayaqqabılarınızı evə daşımadan çıxarıb, isti su rejimində paltaryuyanda yuyursuz. Özünüz çimib, əllər, üz spirtlənir. Xəstəxanada maskada və tibbi əlcəkdə gəzirsiz, onları hər 1 saatdan bir dəyişirsiz.

Əllərinizi elə xəstəxanada divara vurulan sterilizasiya mayesində yuyursuz. Evə gələndə heç nəyə toxundurmadan isti su, sabunla yuyub, antiseptik məhlulla silirsiz. Xəstəxana daxilində çalışın yemək yeməyin. Açıq yemək aparmayın, açıq su içməyin. Qış aylarında xəstəxanada çox qalmalı olacaqsızsa, müayinələr arası soyuq havaya çıxın.
Cəmiyyət
Bakının hansı küçələrində sıxlıq var? - 13.08.2024

Bakının hansı küçələrində sıxlıq...

Cəmiyyət
"Expargo" karqo şirkəti təhvil vermədiyi malın pulunu öz cibinə qoyur? - ŞİKAYƏT

"Expargo" karqo şirkəti təhvil...

Cəmiyyət
Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb

Azərbaycanda torpaqlardan istifadə...

Cəmiyyət
Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin NƏZƏRİNƏ

Şəxsiyyət vəsiqəsini dəyişdirmək...

Cəmiyyət
Siqaret çəkənlər üçün yeni XƏBƏR: Bu siqaretlər ucuzlaşdı

Siqaret çəkənlər üçün yeni XƏBƏR:...

Cəmiyyət
Bakıda avtomobilin vurduğu piyada ölüb

Bakıda avtomobilin vurduğu piyada...

Комментарии (0)