DataLife Engine / Bakıda AİLƏ FACİƏSİ: Arvadının ondan ayrılmasını istəməyən kişi özünü öldürdü

Bakıda AİLƏ FACİƏSİ: Arvadının ondan ayrılmasını istəməyən kişi özünü öldürdü

Bakıda intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Asif Bayramov sirkə turşusu içərək özünü zəhərləyib.

Dərhal xəstəxanaya yerləşdirilən Asif Bayramovun həyatını xilas etmək mümkün olmayıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Asif Bayramov arvadının ondan ayrılmaq istəməsi səbəbi ilə canına qəsd edib.

Faktla bağlı Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


1-07-2024, 13:50
Вернуться назад