DataLife Engine / Məşhur tiktoker 10 yaşında vəfat etdi

Məşhur tiktoker 10 yaşında vəfat etdi

Sosial şəbəkələrdə "Bella Brave" adı ilə məçhurlaşan kanadalı tiktoker Bella Tompson 10 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə onun anası İnstaqram hesabında bildirib.

"Bella əllərimizdə vəfat etdi", - deyə Tiktok ulduzunun anası yazıb.

Məlum olub ki, Tompsonun ağciyərindəki infeksiya səbəbindən obliterasiya bronxioliti inkişaf edib.

Anası deyib ki, xəstəxanada olan qızının vəziyyəti daha da pisləşib.

Bella Tompson anadan ağır xəstəliklə doğulub. TikTok-da onun səhifəsinə yeddi milyondan çox istifadəçi ilzəyirdi. Tompsonun anası qızının müalicəsi və gündəlik həyatı ilə bağlı videolar paylaşırdı.


18-07-2024, 07:54
Вернуться назад