DataLife Engine / Cəlilabadda qonaq qaldığı evdən oğurluq edən şəxs saxlanılıb

Cəlilabadda qonaq qaldığı evdən oğurluq edən şəxs saxlanılıb

Cəlilabad rayonunda qonaq qaldığı evdən 3500 manat dəyərində zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayonunun Hamarqışlaq kəndindəki evlərdən birindən 3500 manat dəyərində zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, əvvəllər məhkum olunmuş Şakir Vəliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


29-07-2024, 13:57
Вернуться назад