DataLife Engine / Yeddi aylıq körpəsinə yemək almağa imkanı olmayan qadın fəryad edir: "Həkimlərə yalvarmışam ki..."

Yeddi aylıq körpəsinə yemək almağa imkanı olmayan qadın fəryad edir: "Həkimlərə yalvarmışam ki..."

Yeddi aylıq Tanurun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Ülfət Qurbanova məlumat verib.

Gənc ana övladına, hətta yemək almağa imkanının olmadığını deyib:

"Tanur 2024-cü ilin yanvar ayında dünyaya gəlib. Mən ona iki aylıq hamilə olarkən atası qəzada dünyasını dəyişdi. Hamiləliyim çox böyük stres və həyəcan içində keçib. Tanur doğulanda sağlam uşaq olsa da, hazırda nevroloji müalicəyə ehtiyacı var. Amma bunu qarşılamağa imkanımız yoxdur".

Ülfət Qurbanova yardımsevər şəxslərə səslənib:

"Mən uşaq olarkən atam rəhmətə gedib, tək anam var, o da işləmir. Bir həftədir ki anamın xərçəng xəstəliyindən əziyyət çəkdiyini öyrənmişik. Əlimdə olan qalanı onun müayinəsinə xərclədik. Bu gün isə əməliyyata girib. Əməliyyat pulunu ödəməyə belə imkanımız yoxdur. Həkimlərə yalvarıb, axşam 1 500 manatı ödəyəcəyimə söz vermişəm. Mənim bu həyatda anamdan başqa heç kimim yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm. Bu çətin günlərdə bizə əl tutmağınızı xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 949-57-84.

"Kapital Bank": 4169 7385 3170 3456.

Yeddi aylıq körpəsinə yemək almağa imkanı olmayan qadın fəryad edir: "Həkimlərə yalvarmışam ki..."

9-08-2024, 14:12
Вернуться назад