DataLife Engine / Sumqayıtda "Lexus" aşdı: Sürücü ÖLDÜ

Sumqayıtda "Lexus" aşdı: Sürücü ÖLDÜ

Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən sürücünün kimliyi məlum olub.


Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhəri Səməd Vurğun küçəsində "Lexus" markalı avtomobilin yolun kənarına aşması nəticəsində həyatını itirən 1991-ci il təvəllüdlü Elşad Məhəmmədəli oğlu Musayevdir.


Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.


Əzizə İsmayılova


02:24


Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.


"Report" xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.


"Lexus" markalı avtomobil yolun kənarına aşıb.


Qəza nəticəsində avtomobilin sürücüsü (ad və soyadı dəqiqləşdirilir - red) hadisə yerində ölüb.


Faktla bağlı araşdırma aparılır.


12-08-2024, 07:29
Вернуться назад