DataLife Engine / Narazılıq yaradan qarpız satışı məntəqəsi yığışdırıldı

Narazılıq yaradan qarpız satışı məntəqəsi yığışdırıldı

Sosial şəbəkələrdə paytaxtın Suraxanı rayonu ərazisində bostan məhsullarının (qarpız-yemiş) satışı ilə məşğul olan məntəqənin yolun hərəkət hissəsini kəsdiyini əks etdirən görüntü yayılıb.

"Qafqazinfo" xəbər verir ki, Babək prospektinin Yeni Günəşli qəsəbəsi istiqamətindəki hissəsində yerləşən satış nöqtəsinin avtomobillərin və piyadaların hərəkətinə mane olması narazılıqla qarşılanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, avqustun 11-də polis əməkdaşları əraziyə gedərək neqativ halı aradan qaldırıblar:

"Həmin şəxs barəsində isə qanunvericiliyə uyğun tədbir görülüb".


12-08-2024, 09:54
Вернуться назад