DataLife Engine / Bakı və Abşeronda müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma 7%-ə yaxın artıb

Bakı və Abşeronda müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma 7%-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Bakı şəhəri və Abşeron rayonunun müntəzəm marşrut xətləri üzrə avtobusla 235 milyon 58 min sərnişin daşınıb.

Oxu.Az xəbər verir ki, barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.

Xatırladaq ki, ötən ilin yanvar-iyul aylarında Bakı şəhəri və Abşeron rayonunun müntəzəm marşrut xətləri üzrə avtobusla 220 milyon 732 min sərnişin daşınıb.


12-08-2024, 13:07
Вернуться назад