DataLife Engine / Bərdədə dörd yaşlı uşaq evdə vurulan iynədən ölüb

Bərdədə dörd yaşlı uşaq evdə vurulan iynədən ölüb

Bərdədə dörd yaşlı uşağın iynə vurulduqdan sonra ölməsi ilə bağlı rəsmi açıqlama verilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci il təvəllüdlü uşaq avqustun 13-ü saat 22 radələrində aqonal vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə gətirilib.

"Aparılan reanimasiya tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb. Saat 22:58-də ölüm faktı qeydə alınıb.

Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq", - deyə məlumatda qeyd olunur.

Məhərrəm Əliyev

Bərdədə dörd yaşlı uşaq evdə vurulan iynədən ölüb.

"Report" xəbər verir ki, rayon sakini, 2020-ci il təvəllüdlü Əli Bayramov evdə olan zaman vurulan iynədən vəziyyəti pisləşib.

Valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Əli Bayramov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


14-08-2024, 11:17
Вернуться назад