DataLife Engine / Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb? - RƏSMİ

Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb? - RƏSMİ

Ölkəmizdə meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınmayıb.

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən verilib.

"Epidemioloji vəziyyət nəzarət altındadır", - deyə məlumatda vurğulanır.

Xatırladaq ki, Afrikada meymunçiçəyi səbəbilə sağlamlıq üçün fövqəladə vəziyyət elan edilib və bu, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də təsdiqlənib.

Əzizə İsmayılova

15-08-2024, 12:39
Вернуться назад