DataLife Engine / İsmayıllıda ağır qəza: Ölən və xəsarət alan var

İsmayıllıda ağır qəza: Ölən və xəsarət alan var

İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a məlumat verilib.

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə İsmayıllı rayon mərkəzinin H.Əliyev prospektində qeydə alınıb.

Məlumata görə, BMW və VAZ-2106 markalı avtomobillər toqquşub. Nəticədə VAZ-ın sürücüsü Məhəmməd Abdul oğlu Rəhimov hadisə yerində ölüb.

BMW-nin sürücüsü Elməddin Məmmədli isə ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


20-08-2024, 14:34
Вернуться назад