DataLife Engine / Bu yol Formula 1 bitənədək bağlı olacaq

Bu yol Formula 1 bitənədək bağlı olacaq

Bakı şəhərində Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə yollarda quraşdırma işləri sürətlə davam edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Qafqazinfo"ya verilən məlumata görə, 20 avqust saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq. Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 13-15 sentyabr tarixlərində keçiriləcək.


21-08-2024, 09:43
Вернуться назад