DataLife Engine / Suyun tapılmayan vaxtı Lökbatanda boru fontan vurdu

Suyun tapılmayan vaxtı Lökbatanda boru fontan vurdu

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində su borusu partlayıb.

MAY.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Hadisə ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən MAY.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ötən gün günorta saatlarında baş verib.

"Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 139 nömrəli məktəbin yaxınlığında su xəttində qəza baş verməsi ilə bağlı müvafiq Sukanal İdarəsinin qəza briqadasına anındaca məlumat daxil olub. Qəza xidməti 15 dəqiqə ərzində qəzanı aradan qaldırıb", - deyə açıqlamada bildirilir.

Suyun tapılmayan vaxtı Lökbatanda boru fontan vurdu

22-08-2024, 11:39
Вернуться назад