DataLife Engine / Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC sərnişin tələbatını təmin etmək məqsədilə avqustun 31-də və sentyabrın 1-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Oxu.Az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.


27-08-2024, 09:48
Вернуться назад