DataLife Engine / Yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücünün kimliyi müəyyən edildi - RƏSMİ

Yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücünün kimliyi müəyyən edildi - RƏSMİ

"Bir müddət əvvəl yükdaşıma qaydalarını kobud şəkildə pozan 10-FX-652 dövlət qeydiyyat nişanlı, VAZ-2103 markalı avtomobillə bağlı yayılan məlumat araşdırılıb və məsələyə hüquqi qiymət verilib".

Bu məlumatı Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru, polis leytenantı Elvin Hacıyev verib.

Yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücünün kimliyi müəyyən edildi - RƏSMİ

O, qeyd edib ki, sözügedən qayda pozuntusunun Qəbələ rayon sakini T.Əkbərov tərəfindən törədilməsi müəyyən edilib və həmin şəxs inzibati cərimə növündə məsuliyyətə cəlb olunub.



BDYPİ, xüsusilə nasaz, texniki-təhlükəsizlik baxımından istismara yararsız avtomobillərlə törədilən bu tip kobud qayda pozuntularına qarşı kəsərli tədbirlərin görüldüyünü bir daha xatırladır, sürücüləri təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə çağırır", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Ələt-Bakı yolunda təhlükəli yüklə hərəkət edən minik avtomobili ətrafdakıların diqqətini çəkmiş və fotosu sosial şəbəkələrdə yayımlanmışdı.

Əzizə İsmayılova

30-08-2024, 11:07
Вернуться назад