DataLife Engine / Göygöldə zəhərlənən nənə və nəvələrinin son durumu açıqlandı: Bir uşaq dünyasını dəyişib

Göygöldə zəhərlənən nənə və nəvələrinin son durumu açıqlandı: Bir uşaq dünyasını dəyişib

Avqustun 30-u saat 1 radələrində Göygöl rayonu Balçılı kənd sakinləri - 1961-ci il təvəllüdlü bir qadın cinsli və üç azyaşlı (ikisi qadın, biri kişi cinsli olmaqla) dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Bölməsinə müraciət edib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Məlumata görə, onlardan biri, 2014-cü il təvəllüdlü uşağın (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

"Digər iki uşaq zəruri tibbi yardım göstərildikdən sonra ixtisaslı həkim müayinəsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan birinin vəziyyəti ağır, digəri orta ağır qiymətləndirilir.

İlkin zəruri tibbi yardımdan sonra Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunan qadının vəziyyəti isə hazırda orta ağır qiymətləndirilir", - məlumatda vurğulanıb.

Məhərrəm Əliyev

Göygöldə zəhərlənmə səbəbindən ölən şəxsin kimliyi müəyyən olunub.

Oxu.Az-ın məlumatına görə, o, 2014-cü il təvəllüdlü A.Orucovadır.

Digər zəhərlənənlərin müalicəsi davam etdirilir.

Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə Balçılı kəndində qeydə alınıb.

"Report"un Qərb bürosu xəbər verir ki, ilkin ehtimala görə, beş nəfər - dörd uşaq, bir qadın (nənələri) - başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatla yumaları səbəbindən zəhərlənib.

Nəticədə bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2022-ci ildə Göygöl rayonunda dörd qız saçlarında bit olması səbəbindən "Niastol" preparatını saçlarına vurduqları üçün zəhərlənmişdilər.

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə kəndlərdən birində qeydə alınıb.

Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib. Zəhərlənmə nəticəsində doqquz yaşlı uşaq isə ölüb.

Onların "Niastol" adlı dərmandan zəhərləndikləri ehtimal edilir.


30-08-2024, 13:55
Вернуться назад