DataLife Engine / Beş ildir susuzluqdan əziyyət çəkən kənd sakinləri dilə gəldilər - ŞİKAYƏT

Beş ildir susuzluqdan əziyyət çəkən kənd sakinləri dilə gəldilər - ŞİKAYƏT

Qubanın Alpan kənd sakinləri içməli su problemi yaşayırlar.

Oxu.Az xəbər verir ki, bu barədə kənd sakinləri sosial şəbəkədə şikayət paylaşıblar.

Qeyd olunub ki, kənddə 3 500-dən çox ailə beş ildir ki, içməli sudan əziyyət çəkir.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq kənddə su probleminin olması faktı təsdiqləndi.

"Quba rayonunun Alpan kəndində su təchizatı rayon bələdiyyəsinin balansındadır. Orada Regional Su Meliorasiya Xidmətinə məxsus içməli su şəbəkəsi mövcud deyil.

Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə içməli su şəbəkəsi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası içməli su təchizatı sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində su şəbəkəsinin inşası işlərinin icrası agentliyin tədbirlər planına uyğun olaraq, mərhələlərlə aparılır", - deyə açıqlamada bildirilir.

Əzizə İsmayılova

30-08-2024, 13:57
Вернуться назад