DataLife Engine / Bakıdakı güclü yanğınla bağlı nazirlik mütəxəssisləri monitorinq aparırlar

Bakıdakı güclü yanğınla bağlı nazirlik mütəxəssisləri monitorinq aparırlar

"Suraxanı rayonu ərazisində baş verən yanğınla bağlı ETSN-in əməkdaşları hazırda ərazidə monitorinq işləri aparırlar".

Bunu Oxu.Az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, mütəxəssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürür.

Qeyd edək ki, bu gün günorta saatlarında Suraxanıda güclü yanğın hadisəsi başlayıb. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib ki, ərazidə obyekt yanır.

Bakıdakı güclü yanğınla bağlı nazirlik mütəxəssisləri monitorinq aparırlar

30-08-2024, 14:19
Вернуться назад