DataLife Engine / Oğurlandığı deyilən 17 yaşlı qız tapıldı

Oğurlandığı deyilən 17 yaşlı qız tapıldı

Bakıda oğurlandığı iddia edilən yeniyetmə tapıldı Bakıda itkin düşən 17 yaşlı Sevda Marat qızı Şaymuradova tapılıb.

Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib:

"Yeniyetmənin atasının yanında olduğu müəyyən olunub. Onun anasına təhvil verilməsi təmin edilib".

Qeyd edək ki, yeniyetmənin ailəsi onun oğurlandığını iddia etmişdi.


2-09-2024, 09:38
Вернуться назад