DataLife Engine / Bakıda qadın sürücü qəza törədib: Ölən var

Bakıda qadın sürücü qəza törədib: Ölən var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Almaz Əliyeva idarə etdiyi "Toyota RAV4" markalı avtomobillə 1963-cü il təvəllüdlü Lazım Talıbovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


2-09-2024, 09:40
Вернуться назад