DataLife Engine / Bölgələrdə günlük evlər yalnız turistlərə verilir?

Bölgələrdə günlük evlər yalnız turistlərə verilir?

Azərbaycanda turizmin inkişafı nəticəsində ölkəmizə kütləvi turist axını var. Bəzi turistlər bölgələrdə hotellərə üz tutduğu halda, bəziləri isə kirayə günlük evlərə üz tutur. Artıq yerli sakinlər belə öz evlərini icarəyə verərək qazanc əldə edə bilirlər. Turistlərdən kifayət qədər qazanan sahibkarlar yerli vətəndaşlara günlük ev verməkdən boyun qaçırırlar. Bəs bölgələrdə turistlik evlərə nəzarət necə tənzimlənir?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən turizm məsələləri üzrə ekspert Ceyhun Aşurovun sözlərinə görə, regionlarımızda kirayə verilən kənd evlərinin qiyməti artmaqdadır:

"Yerli sakinlərin bəziləri öz evlərini kirayə verərək qazanc əldə edirlər. Əslində yaranan bu vəziyyət bölgələrdə alternativ qalma yeri imkanları yaranır. Günlük kirayə evlərinin sayının artması turistlər üçün də əlverişli hesab etmək olar. Çünki bunların qiyməti hotellərlə müqayisə daha münasibdir. Bir çox hallarda isə bəzi sahibkarlar bu evləri yalnız xarici turistlərə kirayə verməkdə maraqlı olurlar. Onlar sahibkarlar üçün daha əlverişlidir".

Ekspert qeyd edib ki, ümumilikdə regionlarda kənd evlərinin sayının artması turizm bazarına müsbət təsir göstərərək turistlərin səyahətlərini aktiv saxlayır.

"Bələdçilərin konkret olaraq daimi işlədikləri restoranlar, avtobuslar, qalma yerləri var ki, onlarla işləmək özlərinə rahatdır. Bu normal hesab olunur. Bölgələrdə sıxlıq artdıqca alternativ yerlər kəşf olunacaq. Bu da turistlik ərazilərin sayının artmasına səbəb olur.

Bələdçilərin getdiyi günlük turlar bir-birinə qarşılıqlı razılaşması əsasında olur. Aktiv istifadə olunmayan məkanlar isə kölgədə qala bilər. Bu, bəzən rəqabətə səbəb olur. İstər kənd evləri, istərsə də hotellər arasında rəqabət var. Bələdçilər çalışmalıdır ki, kölgədə qalan digər bölgələri də turistlik əraziyə çevirsinlər. Buna görə də kənarda qalan digər obyektlər turistlik şərtləri rahatlaşdırmalıdır. İlk növbədə həmin ərazidə müəyyən tədbirlər edərək güzəştlər yarada bilərlər. Azərbaycanda qalma yerləri, gələn turistlərin sayı çoxalarsa, o qədər də turizm aktivliyi artaraq rəqabət mühiti inkişaf edər. Bu zaman da qazanc balansı uyğunluq təşkil edər".

Bəs yerli sakinlər bölgələrdə günlük evlər tapmaqda nə dərəcədə çətinlik çəkirlər?

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyindən bildirilib ki, bu haqda DTA-ya şikayət daxil olmayıb:

"Qeyd olunan məqamlar sahibkarın satış fəaliyyəti ilə bağlı olduğu üçün dövlət tərəfindən tənzimlənmir".

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasından verilən məlumata görə, qanunvericilikdə turizm bələdçiləri üçün sertifikasiya tərtib olunub. Bu könüllü xarakter daşıyır. Sənaye kiçikdir ,əksər şəxslər bir-birini tanıyır. Kimlər rayona tur aparırsa, biz daimi kontrol edirik, etik qaydalar, xidmət səviyyəsi, qonaqların rəyi ilə maraqlanırıq. Turizm şirkətləri ilə bağlı isə Dövlət Turizm Agentliyi tərəfindən Reyestr yaradılıb. Bu isə məcburidir. Dövlət Turizm Reyestri 2021-ci il turizm haqqında qanunda öz əksini tapıb:

"Dünya ölkələrinin praktikasına baxanda özəl turizm sektoru dövlətin qarışmasını istəmir. Bunun səbəbləri var. Xarici ölkələrdə hər yaradılan yeni mexanizm, tənzimləmə özəl sektorda açıq bazar rəqabətinə bir az maneəçilik törədir. Azərbaycanda isə tam əksinədir. Burda sənaye özü təklif edir ki, dövlət qiymət, keyfiyyət, qeydiyyat və digər məsələlərlə maraqlansın. Bələdçilər 20 faiz vergi ödəyirlər. Bu cari ilin yanvar ayından etibarən qüvvədədir. Biz istərdik ki, bələdçilərə müəyən güzəştlər olunsun. Əvvəl gəlir vergisi 5 faiz olduğu halda, hazırda bu rəqəm 20 faizdir. Ümumilikdə təxminən 300 nəfər vergi ödəyərək işləyirlər".


9-09-2024, 10:18
Вернуться назад