DataLife Engine / Valideyn məsuliyyətsizliyinin CƏZASI: Bu uşaqlar dövlətin himayəsinə verilə bilər - AÇIQLAMA

Valideyn məsuliyyətsizliyinin CƏZASI: Bu uşaqlar dövlətin himayəsinə verilə bilər - AÇIQLAMA

Son zamanlar valideyn məsuliyyətsizliyi, diqqətsizliyi və uşaq hüquqlarının pozulması ilə müşahidə edilən video-materialların sosial şəbəkələrdə paylaşılması haqlı olaraq cəmiyyətdə təəssüf və qəzəb hissi ilə qarşılanıb.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, təəssüflər olsun ki, bəzi valideynlərin öz övladlarına qarşı diqqətsizliyi, internet resurslarından istifadə zamanı valideyn nəzarətinin olmaması uşaqların sosial şəbəkələrdə yaşlarına uyğun olmayan paylaşımlar etməsinə, onların təhlükə ilə üzləşməsinə, hətta bədbəxt hadisələrin baş verməsinə gətirib çıxarıb.

"Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.

Valideyn məsuliyyətsizliyinin CƏZASI: Bu uşaqlar dövlətin himayəsinə verilə bilər - AÇIQLAMA

Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən, valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:

- öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
- alimenti qəsdən ödəmədikdə;
- heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə
- valideynlik hüquqlarından sui-istifadə etdikdə;
- uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə
- xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
- uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə;
- uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə

Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir".


9-09-2024, 10:20
Вернуться назад