DataLife Engine / Çörək istehsalında gərəkli qaydalara riayət edilirmi? - AÇIQLAMA

Çörək istehsalında gərəkli qaydalara riayət edilirmi? - AÇIQLAMA

Çörək-bütün xalqların süfrəsində qəbul edilmiş ənənəvi qida məhsuludur. Azərbaycan əhalisinin qida rasionu bol olsa da, ən çox istifadə etdiyi ərzaq məhsulları sırasında çörək və un məmulatları üstünlük təşkil edir. Elə bir yemək yoxdur ki, orada çörəkdən istifadə olunmasın. Yəni bu məhsul qida rasionumuzda geniş yer tutur.Bəs bu gün çörək istehsalında gərəkli qaydalara riayət edilirmi?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, ölkəmizdə çörək istehsalında bəzi problemlər mövcuddur:

"Çörəyin istehsal prosesi, xüsusilə də xammalın keyfiyyəti və istehsal şəraiti, çox vaxt müvafiq standartlara uyğun olmur. Lakin qida təhlükəsizlik şərtlərinə, standartlara uyğun çörək istehsalı edən müəssisələrimiz də az deyil. Hər bir istehlakçı minimum səviyyədə qida təhlükəsizliyi barədə məlumatlı olsa və qida seçiminə nəzarəti özü həyata keçirsə, o zaman bəzi istehsalçılar da məcbur qalıb daha keyfiyyətli və sağlam çörək istehsal edər.
Ümumiyyətlə, vətəndaşların qida təhlükəsizliyinin qorunması, qida istehsalçıları və müvafiq dövlət orqanlarının fəaliyyətinin nəzarətindədir. Amma bu sahədə baş verən neqativ hallar, vətəndaşların sağlamlığını təhlükə altına al bilər və bunun qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi vacibdir. Qida istehsalçıları daha ciddi qaydalara riayət etməli və istehlakçıların təhlükəsizliyini təmin etmək üçün müntəzəm yoxlamalar həyata keçirilməlidir.

Çörək istehsalında gərəkli qaydalara riayət edilirmi? - AÇIQLAMA

Asim Vəliyev vurğulayıb ki, qida təhlükəsizliyi ilə bağlı problemlər dünyanın aparıcı və inkişaf etmiş ölkələrində belə var:

"Aidiyyəti qurum bu sahədə gücü çatdığı qədər önləyici tədbirlər görür. Lakin unutmamalıyıq ki, zirzəmi istehsalçıları da az deyil. Bunları aşkarlamaqda və diqqətli olmaqda vətəndaşların üzərinə də məsuliyyət düşür. Gələcəkdə belə halların qarşısını almaq üçün daha sərt tələblərin və nəzarət mexanizmlərinin tətbiq olunması lazım olacaqdır".



10-09-2024, 13:34
Вернуться назад