DataLife Engine / Amil Xəlilin məşhur verilişi bağlandı

Amil Xəlilin məşhur verilişi bağlandı

Aparıcılığını Amil Xəlilin etdiyi "Gəl danış" proqramının yayımı dayandırılıb.

Axşam.az xəbər verir ki, bu haqda aparıcı özü məlumat verib. O bildirib ki, "Space" kanalında yayımlanan veriliş telekanalın rəhbəri Vado Korovin tərəfindən bağlanıb:

"Daimi tamaşaçılarımız, Allah şahididir ki, nə arvadını iki kişi ilə tutanı, nə qaynı ilə hoqqa verən gəlinləri, nə də şərəfsiz mövzuları efirə çıxartdım. Buna ekspertlər də şahiddir. Hətta yutubda tam olaraq baxa bilərsiniz... Canlı efirimdə olan qadın qonaqların belə ayaqlarını ayaqlarının üstünə qoyub oturmasına qadağa qoymuşdum. 9 il ərzində şou etdim, mövzuları teleseriala çevirmədim. Bacardığım qədər üz tutan insanların sosial şəbəkələrdə yox, efirdə məsələsini həll etdim. Bir sözlə, 9 ildə çox işlər gördük, rəsmi qrumlarla bərabər çalışdım. Mən müəmmalı ölüm hadisələrini jurnalist olaraq araşdıranda, hələ o mənəm-mənəm deyən aparıcılar "cuq-cuq" mövzularını yayımlayırdı. Bir sözlə, qərara hörmətlə yanaşıb, yayımı dayandırdıq.

Rəhbərimiz "Əgər millət narazıdırsa, biz etməyək" qərarını verdi. Bu mövsüm "Space TV" çox möhtəşəm və dəyərli layihələrlə görüşünüzə gəlir. Sizlər də sözünüzün üstündə durun. Sizə hörmət edənlərə qiymət verin. Sizin narazılığınıza hörmətlə yanaşan rəhbəri, jurnalisti üstün tutun. Hər bir kanala mən hörmətlə yanaşıram. Hər biri özümüzündür. Sadəcə bunu paylaşıram ki, mesajlarınıza birbaşa cavab verim".

Amil əlavə edib ki, bu mövsüm "Xəbərsiz" və "Xoş gəldim" verilişləri ilə tamaşaçı qarşısına çıxacaq.


10-09-2024, 13:37
Вернуться назад