DataLife Engine / Bakının əsas prospektlərindən biri qısa müddətə bağlandı

Bakının əsas prospektlərindən biri qısa müddətə bağlandı

8 Noyabr prospektində hərəkətə məhdudiyyət tətbiq edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır. Bu səbəbdən qeyd edilən istiqamətdə avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.


17-09-2024, 08:04
Вернуться назад