DataLife Engine / Bu türk kanalı Azərbaycanda yayımını dayandırır

Bu türk kanalı Azərbaycanda yayımını dayandırır

Türkiyənin məşhur rəqəmsal platforması BluTV Azərbaycanca yayımını dayandırır.

BiG.AZ bildirir ki, olay-ın məlumatına görə, bununla bağlı platformadan yerli istifadəçilərə bildiriş gəlib.

"Təəssüflə bildiririk ki, BluTV xidməti və BluTV tətbiqi proqramı 30 sentyabr 2024-cü il tarixində bağlanacaq. Abunəliyiniz başa çatacaq və siz 30 sentyabr 2024-cü il tarixindən etibarən BluTV və tətbiqi proqramına BluTV xidmətinə daxil ola bilməyəcəksiniz. Sizdən 30 avqust 2024-cü il tarixindən etibarən abunə ödənişləri üçün ödəniş tutulmayacaq. 30 sentyabr 2024-cü il tarixində hələ də BluTV xidmətinə davam edən abunəliyiniz varsa, bu tarixdən sonra xidmətə giriş üçün ödədiyiniz məbləğlərin geri qaytarılmasını təşkil edəcəyik", - deyə, informasiya verilib.

Platformanın Azərbaycanda hansı səbəbdən bağlanması barədə isə məlumat verilməyib.


Вчера, 09:09
Вернуться назад