11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Mayın sonunadək Azərbaycanda futbol olmayacaq

Mayın sonunadək Azərbaycanda futbol olmayacaq
Mayın sonunadək Azərbaycanda futbol olmayacaq


“Azərbaycanda futbol çempionatı bir müddətdir ki, dayandırılıb. Güman ki, bu müddət uzadılacaq. Dünən biz mayın sonunadək oynamağın təhlükəsiz olmadığına dair rəsmi məktub aldıq”.

Oxu.Az xəbər verir ki, bunu “Sabah” komandasının xorvatiyalı məşqçisi Marko Lozo deyib.

O, Xorvatiya mətbuatına müsahibəsində Azərbaycanda koronavirusla əlaqədar vəziyyətdən danışıb:

“Ümumilikdə, həyat şəraitinə gəlincə, dünənki günədək hər şey normal idi. Kafe və restoranlar saat 15:00-dək açıq idi. Bu gün (müsahibə dünən götürülüb – red.) isə qərar qəbul edildi ki, yalnız mağaza və apteklər açıq olacaq”.

Daha sonra 31 yaşlı məşqçi noyabrdan sonra gəldiyi Azərbaycanın futbolu və çalışdığı “Sabah” komandası barədə fikirlərini bildirib:

“Bura gələnədək Azərbaycan futbolu barədə az şey bilirdim. Amma artıq burada olduğum bir neçə aya əsasən deyə bilərəm ki, yaxşı mənada təəccüblənmişəm. “Qarabağ” və “Neftçi” kimi iki klub digərlərindən səviyyəsinə görə seçilir. Hazırda çempionatda səkkiz klub var. Ancaq növbəti mövsüm onların sayı 10 olacaq.

Biz hazırda turnir cədvəlində altıncı sırada olmağımızdan çox razı deyilik. Lakin digər komandalarla aramızda çox az fərq var. Hədəfimiz mövsümü üçüncü pillədə başa vurmaqdır. Baş məşqçi Jelko Şopiçin nəticə əldə etməsi üçün bir qədər vaxta ehtiyacı var”.
İdman
Olimpiya Oyunlarının ilk liderləri - SİYAHI

Olimpiya Oyunlarının ilk liderləri...

İdman
UEFA Əliyar Ağayevi seminara dəvət edib

UEFA Əliyar Ağayevi seminara dəvət...

İdman
"Qarabağ"ın qapıçısı zədə səbəbindən 8 ay futboldan uzaq qalacaq

"Qarabağ"ın qapıçısı zədə...

İdman
UEFA Millətlər Liqası: Türkiyə İslandiyaya qarşı

UEFA Millətlər Liqası: Türkiyə...

İdman
Hidayət Heydərov kimdir? – Məğlubiyyəti qəbul etməyən, ən çılğın cüdoçu

Hidayət Heydərov kimdir? –...

İdman
Əjdər Bağırov: "Avropa çempionatında çox yaxşı iştirak etdik"

Əjdər Bağırov: "Avropa...

Комментарии (0)