11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

"Tour d'Azerbaidjan-2018" ləğv olundu

"Tour d'Azerbaidjan-2018" ləğv olundu
"Tour d'Azerbaidjan-2018" ləğv olundu


"Tour d'Azerbaidjan-2018" veloturu keçirilməyəcək. Apasport.az saytının məlumatına görə, mayın 9-13-də planetin ən güclü şosse velosiped komandalarının yenidən Azərbaycanda mübarizə aparacağı gözlənilsə də, bu, baş tutmayacaq.

Sözügedən veloturda iştirak etmək üçün Azərbaycana gələcək komandaların mayın 8-də bir günlük "Bakı-Xızı Eko" turunda da yarışacağı bildirilirdi. Lakin bu da təxirə salınıb.

Məlumatı əməkdaşımızla söhbətində Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev də təsdiqləyib. O bildirib ki, "Tour d'Azerbaidjan-2018"in ləğv edilməsinə səbəb dünya çempionatına hazırlıqdı: “Dünya çempionatı daha səviyyəli, nüfuzlu yarışdı. Hazırlıq işləri xeyli vaxt aparır. Buna görə də, "Tour d'Azerbaidjan-2018" keçirilməyəcək. Qərar yalnız bu il üçün qəbul olunub. Gələn il isə həmin velotur təşkil olunacaq”.

Lakin etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, "Tour d'Azerbaidjan-2018" veloturunun ləğv edilməsinin əsl səbəbi başqadı. Belə ki, veloturun bu il keçirilməməsi maliyyə çatışmazlığı ilə bağlıdı.

Qeyd edək ki, "Tour d'Azerbaidjan” veloturu hər il “Synergy Group” ASC-nin sponsorluğu ilə keçirilirdi.
İdman
Ronaldunun AVRO-2024-də oynayıb-oynamayacağı məlum olub

Ronaldunun AVRO-2024-də...

İdman
"Səhv etmək şansımız qalmadı" - Zinəddin Zidan

"Səhv etmək şansımız qalmadı" -...

İdman
Olimpiya çempionumuz: "Ermənilərin hərəkəti insanlığa sığmır"

Olimpiya çempionumuz: "Ermənilərin...

İdman
"Neftçi"dən radikal qərar: bütün heyət dəyişdirilir

"Neftçi"dən radikal qərar: bütün...

İdman
"Qalatasaray"da şok istefa

"Qalatasaray"da şok istefa...

İdman
Azərbaycanda oynayan ən bahalı futbolçu müəyyənləşdi – Siyahı

Azərbaycanda oynayan ən bahalı...

Комментарии (0)