11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

İman Xəlif Mask, Tramp və Roulinqi məhkəməyə verir

İman Xəlif Mask, Tramp və Roulinqi məhkəməyə verir

"X" sosial şəbəkəsinin sahibi İlon Mask, ABŞ prezidentliyinə namizəd Donald Tramp və sehrbaz "Harri Potter" və dostları haqqında yazdığı silsilə romanlar sayəsində məşhurlaşan yazıçı Coan Roulinq əlcəzairli boksçu İman Xelifin məhkəməsində fiqurant kimi çıxış edəcəklər.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə idmançının vəkili Nabil Budi "Variety"yə məlumat verib.

Avqustun 10-da məlum olub ki, gender testindən keçə bilməyən Xəlif kiberzorakılıqla bağlı Paris prokurorluğuna şikayət edib.

"Coan Roulinq və İlon Mask da iddiada adı çəkilənlər arasındadırlar", - Budi bildirib.

O əlavə edib ki, Donald Tramp da təhqiqat hədəfi olacaq.

Budi qeyd edib ki, internetdə nifrətlə mübarizə üzrə Fransa mərkəzinin analoqu olan ABŞ təşkilatı ilə razılaşma olduğu üçün iddia Fransadan kənarda olan insanlara da şamil edilə bilər.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2023-cü il Dünya Çempionatında gender testlərindən keçə bilmədiyinə görə diskvalifikasiya edilmiş və Xəlif və tayvanlı Lin Yutinqi qadınlar arasında boks üzrə Olimpiya turnirinə buraxıb. Bu qərar idman ictimaiyyətində geniş rezonans doğurub.

İman Xəlif 66 kq çəki dərəcəsində boks üzrə Olimpiya çempionu olub.


İdman
"Qalatasaray" Azərbaycana dəstək oldu

"Qalatasaray" Azərbaycana dəstək...

İdman
Canlı əfsanə Elnur Məmmədlini döyüşə çağırdı (VİDEO)

Canlı əfsanə Elnur Məmmədlini...

İdman
NIKOIL | Bank-ın alpinistlərdən ibarət komandası Xızıda təlim-məşq toplantısı keçirdilər

NIKOIL | Bank-ın alpinistlərdən...

İdman
"Qızıl Qlobus 2020" mükafatlarının laureatları bəlli oldu

"Qızıl Qlobus 2020" mükafatlarının...

İdman
Kilian Mbappe Belçika ilə görüşün əsas heyətindən çıxarılıb

Kilian Mbappe Belçika ilə görüşün...

İdman
Prezidenti döyülən Türkiyə klubu 54 nəfəri məhkəməyə verdi

Prezidenti döyülən Türkiyə klubu 54...

Комментарии (0)