11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Fransanın paytaxtı Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə ölkəmizin bayrağını Paralimpiya çempionlarımız Səid Nəcəfzadə və Lamiyə Vəliyeva daşıyıblar.

Bağlanış mərasimi "Stade de France" stadionunda reallaşıb.

Qeyd edək ki, ölkəmiz turnirdə 7 növdə 18 idmançı ilə təmsil olunub. Yığmamız Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla (4 qızıl, 2 gümüş və 5 bürünc) başa vurub. Azərbaycan 169 ölkə arasında 28-ci yeri tutub.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxıblar.

Yarış avqustun 28-də start götürmüşdü.


İdman
Qardaşından məşhur futbolçu haqda sensasiyalı açıqlama

Qardaşından məşhur futbolçu haqda...

İdman
AFFA-dan AVRO-2020 açıqlaması

AFFA-dan AVRO-2020 açıqlaması...

İdman
Almaniyanın "qol maşını" Azərbaycan millisində (RƏSMİ)

Almaniyanın "qol maşını" Azərbaycan...

İdman
Messinin maaşı AÇIQLANDI- ŞOK MƏBLƏĞ

Messinin maaşı AÇIQLANDI- ŞOK MƏBLƏĞ...

İdman
Fatih Terim bitdi demədi: Türkiyədən qələbə

Fatih Terim bitdi demədi:...

İdman
"Formula-1" Azərbaycan Qran-prisində dəyişikliklər olundu

"Formula-1" Azərbaycan...

Комментарии (0)