11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Zabit Səmədov: "Dost olsaq da, ona qulaqburması verəcəm"

Zabit Səmədov: "Dost olsaq da, ona qulaqburması verəcəm"
Zabit Səmədov: "Dost olsaq da, ona qulaqburması verəcəm"


"Katalin güclü, cəsur döyüşçüdür və yaxşı oğlandır. Sadəcə, qələbə qazanmaq üçün əlimdən gələn hər şeyi edəcəm. Dost olsaq da, Katalin Moroşanuya qulaqburması verəcəm. Axı bu, döyüşdür və bizim işimizdir. Döyüşdən sonra mübarizəni şam yeməyi zamanı müzakirə edəcəyik".

"Report" bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Axmed" kikboksinq klubunun rəhbəri, Azərbaycanın K-1 ustası, döyüşçü Zabit Səmədov deyib.

Qeyd edək ki, avqustun 23-də Qroznıda Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri keçiriləcək. Turnir zamanı Z.Səmədov WBC Muay Thai versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşacaq.

Z.Səmədovun bildirdiyinə görə, Qroznıdakı turnirə hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışı sona çatıb və "Axmed" klubunun komandası yarışa tam hazırdır.

"Turnir çox hərarətli, parlaq və maraqlı olacaq. Bundan başqa, qonaqlar və bu idman növünün dünya ulduzlarını dəvət etmişik. Avqustun 23-də "Kolizey" arenada görüşərik", - deyə azərbaycanlı K-1 ustası bildirib.

Qeyd edək ki, Z.Səmədovun təxminən 120 azarkeşi Bakıdan iki avtobusla Qroznıya yollanacaq və zalda idmançımıza dəstək olacaqlar.

Döyüş Rusiyanın "Matç TV" və Türkiyənin NTV telekanalları vasitəsilə canlı yayımlanacaq.
Zabit Səmədov: "Dost olsaq da, ona qulaqburması verəcəm"
İdman
Sadio Mane "Beşiktaş"la danışıqlara razılıq verib

Sadio Mane "Beşiktaş"la danışıqlara...

İdman
"İnter"in məşqçisini ölümlə hədələdilər - ZƏRFDƏ GÜLLƏ

"İnter"in məşqçisini ölümlə...

İdman
Heydər Əliyevin nəvəsi vitse-prezident təyin olundu – VİDEO

Heydər Əliyevin nəvəsi...

İdman
Komadan ayılan Şumaxer mənəvi sarsıntı keçirir

Komadan ayılan Şumaxer mənəvi...

İdman
2036-cı il Olimpiya Oyunları Hindistanda keçirilə bilər

2036-cı il Olimpiya Oyunları...

İdman
Dünyanın ən güclü məşqçilərinin siyahısı açıqlanıb, Qurban Qurbanov geriləyib

Dünyanın ən güclü məşqçilərinin...

Комментарии (0)