DataLife Engine / AFFA-dan AVRO-2020 açıqlaması

AFFA-dan AVRO-2020 açıqlaması

AFFA-dan AVRO-2020 açıqlaması


"Son günlər beynəlxalq və yerli mediada AVRO-2020-nin yeni formatı ilə bağlı müxtəlif fikirləri eşidirik. Bugünədək UEFA-dan AFFA-ya turnirin formatı ilə bağlı aydınlaşdırma məqsədilə heç bir müraciət daxil olmayıb"

Bunu "Report"a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AVRO-2020-nin Bakıdan alınacağı ilə bağlı xəbərə münasibət bildirərkən deyib.

O bildirib ki, UEFA İcraiyyə Komitəsinin son qərarına əsasən AVRO-2020 Bakı da daxil olmaqla, 12 şəhərdə təşkil olunacaq: "Qurumdan hər hansı məlumat alsaq, ictimaiyyətə bildirəcəyik".
16-10-2020, 14:51
Вернуться назад