DataLife Engine / “Qarabağ” Azərbaycan Kubokunu qazanıb

“Qarabağ” Azərbaycan Kubokunu qazanıb

“Qarabağ” Azərbaycan Kubokunu qazanıb


Futbol üzrə Azərbaycan Kubokunda final matçı keçirilib. Naxçıvan Muxtar Respublikasının stadionunda "Qarabağ” və "Qəbələ” klubları üz-üzə gəlib.

Görüş Ağdam komandasının qələbəsi ilə yekunlaşıb – 2:0. Hər iki qol ikinci hissədə vurulub. 51-ci dəqiqədə Mahir Mədətov künc zərbəsindən ötürülən topu qapıya göndərib. Oyunda son nöqtəni isə 68-ci dəqiqədə "Qəbələ”nin futbolçusu Ürfan Abbasov qoyub. O, topu öz komandasının qapısına göndərib.

Beləliklə, "Qarabağ” ardıcıl ikinci mövsümü "qızıl "dubl”la başa vurub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda tarixində 6-cı dəfə Azərbaycan Kubokuna sahib olub.

Oyunu 12 minədək tamaşaçı izləyib.
6-05-2017, 11:53
Вернуться назад